"İndiki ağlım olsaydı küçəyə çıxmazdım" — Koronavirusa yoluxan millət vəkilindən ETİRAF

GÜNDƏM 28 mar 2020, 22:06

Türkiyəli millət vəkili və həkim Kadir Gökmen Öyüt koronavirusa necə yoluxduğunu etiraf edib.


Demokrat.az xəbər verir ki, İstanbul millət vəkili və diş həkimi Kadir Gökmen Öyüt öz "Twitter" hesabında video yayımlayaraq "Mən bir həkim olaraq koronavirusa yoluxmuşamsa sizlər daha diqqətli olmalısınız. Vəziyyət çətin olsa da bilin ki, keçəcək. Xahiş edirəm evdə qalın. Evdə qalmaq ən birinci dərmandır. Koronavirusa necə yoluxduğumu heç özüm də bilmirəm. Bazar günü iki yas mərasimində iştirak etmişəm. Halbuki maska taxmışdım və əllərimə əlcək geyinmişdim. Üstəlik heç kimlə də əl verib görüşmədim. Yenə də evdən çıxmamalı idim. Bu günki ağlım olsaydı evdən çıxmazdım'' sözlərini deyib. O səhhəti barədə məlumat verərkən ''Temperaturum yoxdur. Çox az öskürürəm. İştahım yerindədir və iki günə xəstəxanadan çıxacağıma ümid edirəm" sözlərini vurğulayıb.(Olke.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top