ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı

HADİSƏ 28 mar 2020, 13:40

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım göstərir.


Demokrat.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.


Bildirilib ki, sözügedən vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanması və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılmasına xərclənəcək.


Müvafiq məbləğlə, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin, risk şəraitində kommunikasiya effektivliyinin artırılması qarşıya məqsəd qoyulub.


Qeyd edək ki, ABŞ son 20 ildə Azərbaycanın səhiyyə sisteminə 41 milyon dollara yaxın vəsait ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top