Xaçmazda 15 yaşlı qıza təcavüz edildi

KRİMİNAL 28 mar 2020, 11:57

Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. 


Demokrat.az-ın xəbərinə görə, Xaçmaz rayon sakini Elnur Paşayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 


Elnur Paşayev rayon ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilir. 


Elnur Paşayevin barəsində olan cinayət işi baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. 


İş araşdırılması üçün hakim Xıdır Quliyevin icraatına verilib. 

 

Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top