Koronavirusun episentrində metropolitenin işi bərpa edildi

DÜNYA 28 mar 2020, 18:18

COVID-19 pandemiyasının episentri sayılan Çinin Uhan şəhərində metropolitenin fəaliyyəti bərpa edilib.


Bu barədə Gazeta.ru “Jenmin Jibao” qəzetinə istinadən məlumat yayıb.


Hazırda Uhanda metronun 184 stansiyasının işi bərpa edilib. Metro stansiyalarında vətəndaşların temperaturunu ölçmək üçün texnika da quraşdırılıb.


Xatırladaq ki, ilk dəfə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top