Azərbaycanda dizel və Aİ-92 markalı benzin ucuzlaşa bilər — AÇIQLAMA

SOSİAL 28 mar 2020, 11:20

İqtisadçı Qubad İbadoğlu koronavirusla bağlı fəsadların aradan qaldırılması üçün hökumətə təkliflərini verib.

 

Demokrat.az-ın xəbərinə görə, Q.İbadoğlu deyib ki, xalq dövlət və özəl şirkətlərdən sosial məsuliyyət və güzəştlər gözləyir.
 

“SOCAR-Təbii qazın yuxarı tarifini ləğv et və yanacağın (Aİ-92 Benzin, Dizel, mazut) qiymətini ucuzlaşdır.


“Azərenerji”, “Azərişıq” ASC, elektrikin yuxarı tarifini ləğv et. “Bakinternet”, “Citynet”, KATV1, Ailə TV, “Connect”, “Azeurotel”, ATV+, “City Net”, Avirnet Ulduz Telekom və başqaları, internetin və kabel televiziyalarının keyfiyyətini yüksəlt, tariflərini endir. “Azercell”, “Bakcell”, “Narmobile”, tariflərə yenidən bax, internet paketləri hədiyyə et. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə özəl şirkətlərlə işlər aparmalıdır” – Q.İbadoğlu qeyd edib.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top