Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır

DÜNYA 28 mar 2020, 12:35

Bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası öz təsirini göstərməyə davam edir.


Epidemiyanın yeni mərkəzi olan ABŞ-da koronavirus epidemiyası ilə mübarizə aparmaq üçün mütəxəssis çatışmır.


Bu barədə “HaberGlobal” məlumat yayıb.


Bildirilir ki, səhiyyə sisteminin çökməsi ilə bağlı xaricdən həkim və tibbi heyət axtarılır. Hökumət tibb işçiləri üçün vizanı asanlaşdırdığını elan edib.


Son məlumatlara görə, ABŞ-da ümumilikdə 100 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 1701 nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top