Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu

HADİSƏ 28 mar 2020, 09:12

Ölkədə koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artmaqda davam edir. Təkcə ötən gün daha 43 nəfərdə bu virus tapılıb.


Virusa yoluxanlar arasında Füzuli rayonunun keçmiş polis rəisi Bünyad Məmmədov da var. 


Qarabağ müharibəsinin iştirakçısı olan B. Məmmədov qızdırma hiss etdikdən sonra dərhal təcili yardıma müraciət edib. 


72 yaşlı keçmiş rəis tək adamlıq palatada müalicə olunur. O, AzTV-yə müsahibəsində əhaliyə müraciət edərək dövlət tərəfindən qoyulan tələblərə əməl etməyə çağırıb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top