Azərbaycanlı məşhurlardan tibb işçilərinə möhtəşəm DƏSTƏK — VİDEO

ŞOU-BİZNES 27 mar 2020, 23:26

Dünyanı ağuşuna alan COVİD -19 virusu ölkəmizdə də yayılıb. Bu virusla mübarizədə ən böyük qəhrəmanlığı isə tibb işçiləri göstərir. Hətta onları gözə görünməz qəhrəman da adlandırırlar.
 

Demokrat.az xəbər verir ki, azxeber.com informasiya portalı həkimlərimizə dəstək kampaniyasına başlayıb.

 


Saytın baş redaktoru Hacıbəy Heydərli deyib ki, kampaniya həkimlərə təşəkkür məqsəi ilə başladılıb: "Bilirsiz ki, bu günlərdə ən böyük yük tibb işçilərinin üzərinə düşür. Onlar gecə-gündüz demədən çalışırlar. Biz də istədik ki, azxeber.com olaraq bu işdə onlara stimul verək, təşəkkürümüzü bildirik. Saytımızın şou müxbiri Nazim Qasımzadə və montajçı Nazim Şərbətovun dəstəyi ilə sosial çarx çəkdik”.


Videoda məşhurlarımız xalqı evdə qalmağa və tibb işçilərinə dəstəyə çağırıblar. 


Əməkdar artist Fərqanə Qasımova, müğənni Xatun Əliyeva, Ayan Babakişiyeva, Zamiq Əliyev, Mina Hüseyn, aparıcı İsa Şükürov, produser Tarix Əliyev, aktisa Pərvin Abıyeva və məşqçi Kamil Zeynallı bu layihədə yer alıb.  


Sözügedən videoçarxı təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top