Koronavirusa yoluxanların saxlanıldığı xəstəxanadan VİDEOREPORTAJ

SOSİAL 27 mar 2020, 20:14

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.


Onlar xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.


Xatırladaq ki, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hökumət tərəfindən atılmış bir çox addımlara baxmayaraq, bəzi şəxslər hələ də karantinin tələblərinə riayət etmir. Hətta bəziləri “koronavirus yoxdur” deyərək evdə qalmır, hələ də məcburiyyət olmadığı halda çölə çıxırlar. AzTV komandası məhz həmin şəxslər üçün bu araşdırmanı edib, bəşəriyyətin hansı təhlükə ilə üz-üzə olduğunu koronaviruslu xəstələrin öz dilindən tamaşaçılara təqdim edib. (baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top