Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.
Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:
“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimisə xəstəxanaya aparıla bilər”.