Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR

SOSİAL 27 mar 2020, 17:54

"Düşünürəm ki, yaxın günlərdə Nazirlər Kabineti və İşçi qrupları əhaliyə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək".


Demokrat.az baku.ws-ə istinadən xəbər verir ki, bunu ATV Qərargah verilişinə qonaq olan millət vəkili Vüqar Bayramov deyib.


O, bildirib ki, Nazirlər Kabinetinə karantin rejimi ilə bağlı təklif edib ki, kommunal xidmətlərdən istifadədə güzüşət limiti artırılsın.


"Güzəşt limiti artırıldıqda əhalinin ödənişin məbləği də azalacaq və eyni zamanda kommunal xidmətlər təqdim edən qurumlar ödənişləri yığmağa davam edəcəklər ki, bu da indiki məqamda vacib amillərdən biridir", - deyə Vüqar Bayramov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top