Aygün Kazımova xəstəxanaya yerləşdirildi — FOTO

ŞOU-BİZNES 27 mar 2020, 14:12

Xalq artisti Aygün Kazımova xəstəxana otağından paylaşdığı foto ilə səs-küy yaradıb.


Axşam.az xəbər verir ki, müğənni paylaşımına "Əzizlərim, özünüzdən muğayat olun" qısa şərhini yazıb.


Fanatları Aygünün səhhətində problem olduğunu yazıblar. Kazımova izləyicilərinin çoxsaylı suallarından sonra bu gün səhər "Şükürlər olsun, hər şey yaxşıdır" cavabını verib.


Müğənninin prodüseri Nahid Axşam.az-ın məsələ ilə bağlı suallarına isə "Hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə, müayinədir" deyərək, reaksiya verib.


Qeyd edək ki, bir çoxları A.Kazımovanın yenidən plastik əməliyyat etdirdiyini, buna görə ötən gün xəstəxanaya yollandığını yazıb.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top