SON DƏQİQƏ! Nazirliyin işçisinə cinayət işi açıldı

KRİMİNAL 27 mar 2020, 11:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki rayon şöbəsinin işçisinə cinayət işi açılıb. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Salamov Elçin Amil oğlunun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib. 


Elçin Salamovun barəsində olan cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib. 


İş araşdırılması üçün hakim Pərviz Hacıyevin icraaıtna verilib. 

 

Hakim cinayət işi üzrə hazırlıq iclasını keçirib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

Növbəti proses aprelin 1-nə təyin olunub. 


Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top