Ağdaşda 15 yaşlı qıza təcavüz edildi — ŞOK OLAY

KRİMİNAL 27 mar 2020, 10:46

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edilib.


Demokrat.az-ın məlumatına görə, Ağdaş rayon sakini Xəyyam Rəsulov rayon ərazisində 15 yaşlı Səbinə Babayeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.


Xəyyam Rəsulovun Səbinə ilə öz istəyi əsasında cinsi əlaqəyə girdiyi məlum olub.


Daha sonra bu hadisədən Səbinənin valideynləri xəbər tutub. Onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.


İstintaq orqanı tərəfindən Xəyyam Rəsulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verilib. Hakim cinayət işi üzrə məhkəmənin hazırlıq iclasını keçirib. 


Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 


Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlanacaq.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top