Karantində olanlar haqqında SON XƏBƏR

GÜNDƏM 27 mar 2020, 10:07

Hazırda ölkə üzrə 25 məntəqədə karantin evi var. Ümumilikdə koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.


Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.


Son zamanlar ölkə daxilində insanların bir-birini koronavirus infeksiyasına yoluxdurması faktlarının aşkarlandığını qeyd edən Z.Əliyev söyləyib: “İnfeksiyaya yoluxma hallarının genişlənmə ehtimalı nəzərə alınaraq ölkə üzrə 21 xəstəxana ayrılıb. Həmin məqsədlə ayrılan xəstəxanaların 6-sı paytaxtda, 15-i regionlardadır. Xəstəxanaların avadanlıq, tibbi personal çatışmazlıqlarının qısa müddətdə aradan qaldırılması istiqamətində işlər görülür”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top