Koronavirusa yoluxmaya görə ABŞ birinci yerə çıxdı

DÜNYA 27 mar 2020, 09:02

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.


Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.


Qəzetin məlumatına görə, Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.


Qeyd edilir ki, ölkədə virusdan 1 000-dən çox ölüm hadisəsi baş verib.


Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb.


Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top