Koronavirus ağcaqanadlar vasitəsilə keçə bilərmi?

SOSİAL 26 mar 2020, 23:05

Çinin Vuhan şəhərindən dünyaya yayılan və hazırda 500 minə yaxın insanın yoluxmasına, 22 mindən çox insanın ölümünə səbəb olan koronavirus (COVİD-19) ağcaqanad vasitəsi ilə qanla ötürülə bilərmi?


Hələ ki, elm adamları bu suala "yox" cavabını verir və koronavirusun qanla ötürülmədiyini bildirirlər.


Havaların istiləşməsi ilə malyariya, sindbis, sarı atəş, zika, Qərbi Nil virusu kimi bir çox xəstəliklərin daşıyıcısı olan ağcaqanadların koronavirus adlı virusu daşıyıb-daşımadığı  hazırda bütün dünyada insanları maraqlandıran mövzulardan biridir.


Modern.az-ın məlumaatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada, koronavirusun ağcaqanad və ya digər zərərvericilər vasitəsi ilə insanlara ötürüldüyü barədə məlumatların olmadığı bildirilir.


Koronavirusunun Afrika və Latın Amerikada daha aşağı səviyyədə olduğunu bildirən ÜST, bu bölgələrdə də koronavirusun ağcaqanadlarla ötürülməsi hallarının olmadığını vurğulayır.


Yeni bir növ korobavirusun qan yolu ilə və ya dəri ilə təmasda olarkən keçmədiyini vurğulayan ÜST qeyd edir:


“Yeni koronavirus tənəffüs virusudur. İnsanlar öskürək və ya asqıraraq bu xəstəliyə yoluxa bilər. Başqa cür insanların əlləri bir səthə dəydikdən sonra həmin əli ağız və ya burnuna gətirərək də yayıla bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top