Koronavirusinfo.az saytına hakerlər hücum etdi

HADİSƏ 26 mar 2020, 21:08

Koronavirusinfo.az saytına haker hücumu olub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılan www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.


Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.


Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top