Binəqədi bələdiyyəsinin təşəbbüsü ilə imkansız sakinlərə yardım paylanıldı — FOTOLAR

SOSİAL 26 mar 2020, 18:52

Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib. 


Kampaniyanın üçüncü günündə qəsəbə Bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.


Saytın əməkdaşları və qəsəbə Bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. 


Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub.


Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan #evdəqal kampaniyasına dəstək məqsədilə həyata keçirilir. 


Yardım aksiyasının üçüncü gününü əks etdirən fotoları təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top