Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın: “Atamı qorumaqdan ötrü etmişəm" (VİDEO)

GÜNDƏM 26 mar 2020, 18:40

“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb.

 

Demokrat.az-ın xəbərinə görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova polisə ifadəsi zamanı etdiyi əməldən peşman olduğunu qeyd edib:
 

“Mən bu hərəkəti bilmədən etmişəm. Narahat etdiyim insanlardan üzr istəyirəm. Sadəcə, atamı, ailəmi qorumaqdan ötrü “WhatsApp” sosial şəbəkəsi ilə qardaşımın həyat yoldaşına səs göndərdim”.
 

E.Məmmədova yaratdığı narahatlığa görə Azərbaycan xalqından üzr istəyib.
 

Qeyd edək ki, “WhatsApp” mesencerinin istifadəçisi olan qadın həmin şəbəkə vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olması ilə bağlı uydurma məlumatlar yayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top