Ukraynada sərxoş polislər avtomobilin üzərinə idrar edib onun sahibini güllələdilər

HADİSƏ 26 mar 2020, 17:02

Ukraynanın Nikolayev şəhərində sərxoş polislər həyətdə duran avtomobillərdən birinin üzərinə idrar ediblər və öz etirazını bildirən maşının sahibini güllələyiblər.


Demokrat.az xəbər verir ki, polislər ayaq yoluna getmədən idrar etməyi qərarlaşdırıblar.


Yerli sakinləri narahat etməmək üçün onlar öz işini həyətdə duran avtomobillərdən birinin üzərinə ediblər.


Bu zaman eyvanda olan avtomobilin sahibi onlara öz iradını bildirib.


Əvəzində polislər mülki şəxsi təhqir ediblər.


Buna dözməyən yerli sakin həyətə düşərək mübahisə etməyə başlayıb.


Mübahisə zamanı polislərdən biri gözlənilmədən vətəndaşa travmatik silahdan üç dəfə atəş açıb.


Nəticədə avtomobilin sahibi sağ qalsa da başından yaralanıb.(“Kanal 24”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top