Əsgərlikdən gəlib həmkəndilisini qətlə yetirdi

KRİMİNAL 26 mar 2020, 15:31

Yevlaxda qətl törətməkdə təqsirli bilinən Yasin Çuqayın cinayət işi üzrə istintaq istintaq başa çatıb.


Demokrat.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.


Qeyd edək ki, hadisə ötən il oktyabrın 9-da Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.


Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.


Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs hərbi xidmətdən 7 gün imiş gəlibmiş.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top