Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT: "Ciddi ölçü götürülməsini xahiş edirik..."

GÜNDƏM 26 mar 2020, 14:01

Ukraynada yaşayan azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri bu yaxınlarda geri çağırılan Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə qarşı Kiyevdə törədilmiş təxribatı pisləyən müraciət yayıblar. 


Demokrat.az xəbər verir ki, ölkə xaricində fəaliyyət göstərən soydaşlarımız diplomat Azər Xudiyevə qarşı törədilən çirkin təxribata görə Prezident lhham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət ediblər. 


Müraciətdə qeyd olunur ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatması ilə bağlı geri çağrılmasından sonra “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının sədri Hikmət Cavadovun təşkilatçılığı ilə Kiyev şəhərindəki kafelərdən birində  xalqımızın adına ləkə gətirən məclis təşkil olunub:


Müraciətin tam mətnini təqdim edirik:

 

Hörmətli cənab Prezident!


İlk öncə, Sizi Bahar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, tarixi vətənimizə ruzi və bərəkət, sülh və əminamanlıq arzulayırıq.


Biz uzun illər Ukraynada yaşayan ziyalılar, elm və incəsənət adamları vətən hüdudlarından kənarda yaşamağımıza baxmayaraq, daima xalqımızın zəngin mədəniyyətinin, qədim adət-ənənələrinin, milli,mənəvi dəyərlərinin qorunması və təbliğ olunması yolunda var gücümüzlə çalışmış,bu istiqamətdə əlimizdən gələni əsirgəməmişik. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra, erməni şovinistlərinin torpaqlarımızın 20 faizini işğal etmələri,bir milyondan çox soydaşlarımızın öz döğma yurd yerlərindən didərgin salınması bizi dövlətimiz və dövlətçiliyimiz ətrafında daha sıx birləşməyə vadar edib. 


Təəssüflər olsun ki,son illə Uktaynada özlərini “diaspora “təşkilatı adlandıran bir qrup insan  bu ölkədə yaşayan nüfuzlu insanlara qarşı şər və böhtan kampaniyası aparmaqla xalqımızın adına baş aşağılığı gətirirlər. 


Cari ilin mart ayının 9-da Zati-Alilərinizin müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatması ilə bağll geri çağrılmasından sonra “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının sədri Hikmət Cavadovun təşkilatçılığı ilə Kiyev şəhərindəki kafelərdən birində  Xalqımızın adına ləkə gətirən məclis təşkil olunmuş, Azərbaycanın səlahiyyətli nümayəndəsinin və  diplomatının şərəf və ləyaqətini alçaldan, qeyri etik hərəkətlərə yol verilmişdir. 


“Diaspora “nümayəndələrinin belə bir yaramaz hərəkətləri Ukraynada fəaliyyət göstərən erməni diasporu və  bir sıra erməni saytları tərəfindən məxsəriyə qoyulmuş, bu ləyaqətsiz hərəkət düşmənlərimizin gülünc hədəfinə çevrilmişdir.


Ukraynada yaşayan azərbaycanlı elm, mədəniyyət, incəsənət xadimləri və eləcə də iş adamları “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının xalqımızın adına baş aşağılığı gətirən yaramaz hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətindən və digər hüquq mühafizə orqanlarından Azərbaycan diplomatının şərəf və ləyaqətini alçaldan əxlaqsız hərəkətlərinə görə Hikmət Cavadov və o məclisdə iştirak edən insanlar haqqda ciddi ölçü götürülməsini xahiş edirik.


Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycanın hər hansı bir müvafiq dövlət qurumu və, həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bugünə kimi hər hansı bir münasidət bildirilməmişdir. 

 

Zati-aliləri,


Yüksək diqqətinizə çatdırmaq istəyirik ki, Azər Xudiyev Ukraynada Səfir işlədiyi illərdə, peşəkar diplomat kimi ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişaf etdirilməsinə layiqli töhfələr vermiş, son 4 ildə Kiyev şəhərinin mərkəzində Azərbaycanın dahi şəsxiyyətlərinin  abidələrinin ucaldılmasına nail olmuşdur. 

Ukraynada fəaliyyət göstərən iş adamlarına daim böyük dəstək və qayğı göstərərək onların problemlərini daim həll etməyə çalışmış və onların Kiyev şəhərində açılmış Azərbaycan Ticarət Evinin platformasında vahid bir işgüzar çəvrə kimi birləşmələrinə nail olmuşdur. Vətənimizin qədim tarixi və zəngin mədəniyyətinin təbliğ edilməsi məqsədi ilə A.Xudiyevin təşəbbüsü və hər tərəfli dəstəyi ilə Ukraynanın Xarkov, Dnepr, Poltava və digər şəhərlərində Azərbaycan mədəniyyət və informasiya mərkəzlərinin açılışında böyük rolu danılmazdır.


O, Ukraynanın ən nüfuzlu telekanalları və Kütləvi informasiya vasitələri ilə daima ermənilərin xalqımıza və torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq və soyqırım siyasətinin, habelə Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində olduqca səmərəli xidmətlər göstərmiş. Onun insani və peşəkar keyfiyyətləri və apardığı səmərəli diplomatik fəaliyyəti ilə Ukraynada yaşayan bütün ziyalılar və soydaşlarımız tərəfindən böyük rəğbət və hörmət qazanmışdır. 


Dərin hörmət və ehtiramla,  


1.Cəvahir Cəfərova – Ukraynanın əməkdar  həkimi, professor, 1 saylı Lvov Klinik Xəstəxanasının baş həkimi.


2.Seyfəddin Qurbanov – Ukraynanın xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycanın Xarkov şəhərindəki Mədəniyyət və İnformatsiya Mərkəzinin rəhbəri. 


3.Əfqan Salmanov – Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu.


4.Emin Nəcəfli – Kazaxstan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu, Hüquq elmləri namizədi.


5.Fərid Əliyev – İqtisad elmləri namizədi. V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Universitetinin müəllimi, Türkiyə-Ukrayna Beynəlxalq İş Adamları İttifaqının Xarkov reqionu üzrə sədri.


6. Mahmudali Tahirov – iş adamı.


7. Aydın Axundov – iş adamı.


8.Fəxrəddin Muxtarov – Poltava Vilayətinin deputatı.


9.Qoşqar Muxtarov – Dnepropetrovsk Vilayətinin deputatı.


10. Daşqın Əhmədov – “Azərbaycan” Ticarət Evinin Ukraynadakı təsisçisi, müdiri.


11. Əli Əliyev – Azərbaycan-Türk-Ukrayna İş Adamları (ATU) Birliyinin sədri, vəkil.


12. Yunus Əliyev –  Diaspora xidmətlərinə görə “Tərəqqi” medalı sahibi.


13. Qüdrət Hacıyev – Diaspora xidmətlərinə görə “Tərəqqi” medalı sahibi.


14. Sabir Şirinov – AR Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdir. 


15. Umud Şirinov – AR Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.


16. Ruslan Məmmədov – iş adamı, “Drujba narodov” tikinti şirkəti. 


17. Murad Qasımov – iş adamı, “Drujba narodov” tikinti şirkəti. 


18. Nazım Gazanfarfov – iş adamı.


19. Ədalət Safkuliyev – iş adamı.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top