Madonna 1 il öncə “Avroviziya”da koronavirusun mesajını verib? — Tac və əleyhqazda ŞOK KLİP (VİDEO+FOTO)

ŞOU-BİZNES 26 mar 2020, 15:18

Dünyanı bürümüş koronavirus epidemiyası insanlarda qorxu, sabaha nigarançılıq yaradıb.

 

Dövlətlərin virusa qarşı bütün resurslarını səfərbər etdiyi bir məqamda dünya şöhrətli estrada müğənnisi Madonnanın bir mahnısı və klipi diqqət mərkəzinə düşüb.

 

Azpost.info bildirir ki, “Gələcək” adlanan bu mahnı 2019-cu ilin may ayında İsraildə keçirilmiş Avroviziya yarışmasında səslənib. Epataj janrında hazırlanmış  səhnədə Madonna çox qəribə cümlələr olan mahnı oxuyur.

 

Bir gözü üstündə iks çəkilmiş dəri parça ilə sarğılı, qara geyimdə, başında tac olan Madonna kilsə musiqisi effektləri ilə pillələrə düşür, bu zaman onu  üzlərinə eleyhqaz taxmış rəqqaslar dövrəyə alır. Taclı və qara paltarlı Madonna onları səslənərək “Heç də hamı gələcəyə çatmayacaq, Burda olanlardan kim varsa əbədi burda qalacaq” -oxuyur. Bu zaman arxada kilsə, məscid, sinaqoq və yanğın effektləri göstərilir.

 

Musiqi biliciləri və dinləyicilər üçün bu mahnı o zaman bu epataj nümunəsi sayılıb.  Madonna həmişə tamaşaçıları belə başgicəlləndirici effektlərlə təəccübləndirməyi sevir.

 

Amma bu gün bu klipə yenidən baxanda insanları heyrət bürüyür: Dünyanı təlatümə salmış Koronavirusla bağlı açıq işarələr və səhnə simvolları 1 il bundan əvvəl mahnıya necə düşüb?

 

Müşahidəçilərin fikrincə qara qiyafədə başına tac qoyaraq oxuyan Madonna hansı yolla isə bu gün dünyanı qorxuya salan koronavirusa işarə edib.

 

Mahnının sözləri də qəribədir və sanki simvollarla danışır.

 

Madonna oxuyur:

“Heç də hamı gələcəyə çatmayacaq

Heç kim keçmiş səhvlərindən ibrət almır

Heç də hamı gələcəyə çatmayacaq

Burda olanlardan kim varsa əbədi burda qalacaq

Siz xəbərsizsiniz,

Bizə tərəf gəlin, xəbəriniz olsun!

Qırıq-qırıq edilənləri…

Ümid verin.

Həyat verin,

O bircə dənədir, onu doğru yaşayaq.

 

Bu sözləri oxuyan Madonna nəfəsini əleyhqaz geyinmiş adamların üstünə buraxır, onlar yerə yıxılırlar.

 

Müxtəlif komplo nəzəriyyə həvəskarları burada dünyanı idarə edən məxfi güclərin mesajının olduğunu deyir, digərləri isə bunun bir təsadüf olduğunu vurğulayırlar. Onlar mahnının sadəcə bəşəriyyətin gələcəyi üçün narahatlıq doğuran problemlərin ümumi mənzərəsinə həsr edildiyini bildirirlər.


Mahnının tam mətni belədir. (Sətri tərcümə)

“-Heç də hamı gələcəyə çatmayacaq

Heç kim keçmiş səhvlərindən ibrət almır

Heç də hamı gələcəyə çatmayacaq

Burda olanlardan kim varsa əbədi burda qalacaq

Siz xəbərsizsiniz,

Bizə tərəf gəlin, xəbəriniz olsun!

Qırıq-qırıq edilənlərdən…

Ümid verin.

Həyat verin,

O bircə dənədir, onu doğru yaşayaq.

Gəlin barışaq.

İlham almaq üçün gəlin

Yaxşı məsləhət, xoş emosiya üçün gəlin.

Ağlınızı, bəsirətinizi açın,

Gözünzü açın.

Ümid edirəm, bilirsiniz,

Həyatım qiymətlidir.

Buzu tapdalayıram

İşarələri görürəm.
Beyninizi azad edin!

Gələcəyə xoş gəlmisiniz

Mədəniyyət yolu ilə.

Daxilimdə ağrı çoxdur,

O mənə ağalıq edir.

Bəli,bəli…

Siz sağ qalmaq üçün həddən çox cəhd etdiniz,

Siz keçmişdən olan insanı sevmirsiniz

Ona ölməyə icazə verirsiniz.

 

Biz qaranlığı dəf edə bilərik!

Hər kəs də bir qığılcım var!

Mənə elə-belə dayanın deməyin…

Gələcəyiniz parlaqdır!

İşığınızı əskiltməyin,

Qoy həmişə günəş saçsın!

Biz gələcəkdən gəldik, gələcək ulduz kimi!

Biz gələcəkdən gəldik, gələcək bahadırlar kimi!

Biz gələcəkdən gəldik, hamıya qalib gəldiyimiz yerdən!

Biz gələcəkdən gəldik, bir rəhbər kimi!

Sizin gələcəyinizdə hər şeyə görə ödəniş etməlisiniz.

Siz gələcəyinizdə yolu itirmisiniz.

Siz  gələcəyinizdə çarmıxa çəkiləcəksiniz.

Mənsə bundan yüksəkdə olacağam, hə!

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top