Ermənistan hərbçiləri koronavirus şübhəsi ilə təcrid olundu

DÜNYA 26 mar 2020, 12:30

Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət edən 3 qulluqçu koronavirus testindən keçib. 

 

“Report” “ru.1in.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Atepanyan “Facebook” səhifəsində yazıb. Bildirilib ki, onlardan birinin ailə üzvündə koronavirus aşkarlanıb. 

 

Məlumata görə, hərbçilər təcrid edilib. 

 

Qeyd edək ki, martın 26-sı saat 10.00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb. 18 nəfərin sağaldığına dair məlumat yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top