"Arzun gözündə qalacaq, Əli Həsənov" — Sabiq deputat sükutu belə pozdu

GÜNDƏM 26 mar 2020, 10:46

Tanınmış jurnalist, sabiq deputat Etibar Hüseynov Prezidentin keçmiş köməkçisi Əli Həsənovu sərt tənqid edib.


Demokrat.az xəbər verir ki, E.Hüseynov özünün "facebook" səhifəsində keçmiş ideoloqun ölkədəki proseslərdən müəmmalı şəkildə kənarda qalmasına münasibət bildirib:

 

"Saytlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmiş tanınmışların siyahısını dərc edir. Siyahıda cəmiyyətin demək olar ki, bütün spektri əhatə olunub. Burada yüksək vəzifəli şəxslərindən tutmuş, sabiq nazir və deputatlara, biznesmenlərdən tutmuş, jurnalist, idmançı, şou-biznes nümayəndələrinə kimi hamı var; tək Əli Həsənovdan başqa. O Əli Həsənov ki, yazdığı (o cümlədən də trollarına yazdırdığı) palaz-palaz məqalələrdə az qala iki cümlədən bir özünü İlham Əliyevin ən sədaqətli silahdaşı, onun əsgəri adlandırırdı.

 

Heç bir ölkədə belə biabırçılıq yoxdur” – — Etibar Hüseynov

 

Bəs indi hardasan, Əli Həsənov? Oğlun, xanımın haradadır? Bu ölkədə daha nələr baş verməlidir ki, sən də Prezidentin çağırışına qoşulasan? Bilirəm və adım qədər əminəm ki, bu gün vəziyyətin daha da ağırlaşmasında, kontroldan çıxmasında maraqlı olanlardan biri (bəlkə də birincisi) də sənsən. Amma bu arzun gözündə qalacaq, Əli Həsənov! İnşallah, bu virusa da qalib gəlib, ondan qurtulacağıq, hər halda səndən güclü və təhlükəli deyil ki?".

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top