Azərbaycanda terror hazırlayan dəstə başçısı özünü təqsirli bilmədi

KRİMİNAL 26 mar 2020, 09:55

Azərbaycanda terror altı hazırlamaqda, cinayətkar birlik yaratmaqda və digər ağır cinayətlər törətməkdə ittiham olunan Firdovsi Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Demokrat.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktınıelan edib.


Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


Növbəti proses aprelin 6-da davam edəcək.


İstintaq orqanı tərəfindən Firdovsi Tahirovun barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətmək), 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq törətmək), 214.2.6-cı (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.1-ci (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) maddələri ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top