Küçədə qətl törədənin şəxsin məhkəməsi başladı

KRİMİNAL 25 mar 2020, 19:20

Ucar rayonunda həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Nazim Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Demokrat.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmə baxışı martın 30-na təyin olunub.


Qeyd edək ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.


Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.


Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Nazim Səfərova qərşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittihan elan olunub.


Fariz Məlikli

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top