Azərbaycanda gənc oğlan pul üstündə öldürüldü — TƏFƏRRÜAT

KRİMİNAL 25 mar 2020, 16:26

Balakən rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Zaur Layıcovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Demokrat.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmə baxışı martın 29-dək təyin olunub.


İttihama görə, Balakən rayonun Hənifə kənd sakini Zaur Layicov rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Balayev ilə mübahisə edib.


Zaur Layıcov Elvin Balayevdən 6 manat borcünü istəməsinə görə aralarında mübahisə yaranıb.


Mübahisə nəticəsində Zaur Layıcov özü ilə gətirdiyi bıçaqla Elvin Balayevi bıçaqlayıb.


Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.


İstintaq orqanı tərəfindən Zaur Layıcovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top