“Məmurlar mənə seks hədəfi kimi baxır" — Azərbaycanlı aparıcı

ŞOU-BİZNES 25 mar 2020, 15:53
"Hər kəs fərqli bir gözəlliyə sahib oldugumu deyir. Mən isə özümə çirkin bəxti arzulayıram. Çünki bu gözəllik başıma bəladır və çox qapıları üzümə bağlayır".
 
Demokrat.az-ın xəbərinə görə, bunu yenicag.az-a açıqlamasında aparıcı Lətafət Ələkbərova söyləyib.
 
O, bəzi məmurlardan da gileylənib:
 
“Bəzi məmurlar mənə seks hədəfi kimi baxır. Onların təklifini rədd etdiyim üçün bütün qapıları üzümə bağlayırlar. Adlarını çəksəm, yer yerindən oynayar. Bəzi telekanalları üzümə bağlayıblar. Onlar anlamır ki, ruhumu heç vaxt pula satmaram, həmin adam dünyanın ən imkanlı və yaraşıqlısı olsa da belə. Hətta dərdimdən ölsələr də belə, mən seçilmirəm, özüm seçirəm. Çünki özümə, duyğularıma, ruhuma sadiq və dəyər verən xanımam”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top