Avtobus gözləmə zallarına giriş dayandırıldı — RƏSMİ

SOSİAL 25 mar 2020, 16:38

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

 

Bu barədə Demokrat.az-a  Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur”.

 

O, sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top