Həkim koronavirusa yoluxdu — klinika bağlandı

DÜNYA 25 mar 2020, 16:51

Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib. Faktla əlaqədar klinikanın fəaliyyətinin dayandırılıb. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top