Azərbaycanda ər arvadının boğazını kəsdi — Məhkəmə işi

HADİSƏ 25 mar 2020, 11:37

Gəncə şəhərində keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Məhərrəm Siratinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Demokrat.az-ın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.


İttihama görə, 2019-cu il oktyabrın 18-də Məhərrəm Sirati keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Natavan Mustafayeva ilə mübahisə edib.


Mübahisə zaman Məhərrəm Sirati keçmiş həyat yoldaşının bədənini müxtəlif nahiyələrinə, həmçinin boyun və boğaz nahiyələrinə çoxsaylı xəsarətlər yertirib.
Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Məhərrəm Sirati həbs olunub.


Qeyd edək ki, Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər hadisədən bir müddət öncə boşanıblar.


Məhərrəm Sirati "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti olub.


İstintaq orqanı tərəfindən Məhərrəm Siratinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə ifadə verən Məhərrəm Sirati elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilinib. O, qeyd edib ki, keçmiş arvadı ilə mülk üstündə mübahisə ediblər. Onun sözlərinə görə, onların mübahisəsi sonda qanlı olayla nəticələnib. 


Arvadını öldürmək niyyəti olmadığını söyləyən Məhərrəm Sirati qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. O törətdiyi əməldən peşman olduğunu deyib. 
Növbəti proses aprelin 20- də davam edəcək.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top