Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb

DÜNYA 25 mar 2020, 13:48

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.

 

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 491 nəfər sağalıb.

 

Hazırda Çində 474 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb.

 

Məlumata görə, ölkədə xəstəliyin yayılması anından COVID-19-a yoluxanların sayı hazırda 81 212 nəfərdir. Onlardan 73 650-si sağalıb, 3 281 nəfəri isə ölüb. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top