Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? — RƏSMİ AÇIQLAMA

SOSİAL 25 mar 2020, 11:51

“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.


Demokrat.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 
 

Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin edəcək:


“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.


Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top