Salyan rayon İcra Hakimiyyətinin işçiləri maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər

SOSİAL 25 mar 2020, 10:32

Salyan rayon İcra Hakimiyyətinin işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulublar.


Demokrat.az xəbər verir ki, Salyan rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə, Ölkə Prezident cənab İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərməkdədirlər.


Salyan rayon İcra Hakimiyyətinin əməkdaşları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na bir aylıq vəzifə maaşlarını ianə etməklə bu nəcib əmələ qoşularaq öz töhfələrini veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top