Deputat Abşeronda “Böyüklərimizi qoruyaq!” sosial aksiyası çərçivəsində könüllü qərargahı yaradacaq

HADİSƏ 24 mar 2020, 21:50

Milli Məclisdə Abşeron-Qobustan rayonlarını təmsil edən millət vəkili Şahin Seyidzadə son paylaşımında diqqətləri koronavirusla mübarizə tədbirlərinin təşkili istiqamətindəki tədbirlərə yönəldib.


Demokrat.az xəbər verir ki, millət vəkili Bakı və Abşeron sakinlərinə müraciətlə yazdığı statusda yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın qorunması işinin vacibliyindən və bundan irəli gələn vəzifələrdən bəhs edib.


Xatırladaq ki, millət vəkili Şahin Seyidzadə Abşeron rayonunda koronavirusla mübarizə işinin effektiv təşkili məqsədilə dövlət qurumları, eləcə də yerli icra hakimiyyətləri ilə birgə çalışacaq könüllü qərargahın yaradılmasının təşəbbüskarlarındandır.


Millət vəkilinin uğurla həyata keçirilən sosial aksiya ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik:


Azərbaycan Respublikasının İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır.


Abşeron rayonu və Bakı şəhərinin 12 inzibati rayonunu əhatə edən "Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara öz evlənrində evdə ödənişsiz sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır.


Sosial xidmətçi və Təhsil Nazirliyinin Bir Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə edəcəklər.


Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)


#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top