Salyanda dezinfeksiya işləri aparılır — FOTOLAR

GÜNDƏM 24 mar 2020, 20:39

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Salyan rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. 


Demokrat.az xəbər verir ki, parklarda, küçələrdə, idarə və müəssislərin qarşısında, uşaq əyləncə meydançalarında və söhbətgahlarda xüsusi ayrılmış texnikalar vasitəsilə qrafik üzrə müntəzəm proflaktik dezinfeksiya işləri aparılır.


Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top