"İdmanla məşğul olduğuma görə heç bir virusa yoluxmuram" — 82 yaşlı professor

MARAQLI 24 mar 2020, 20:19

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 82 yaşlı professor Ağacan Abıyev koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Azərbaycanda aparılan sosial izolyasiya tədbirlərindən və yaşı 65-i ötmüş insanlara qarşı məhdudiyyətlərdən danışıb. 


Ağacan Abıyev Demokrat.az-a açıqlamasında dövlətin bu cür tədbirlərini alqışladığını bildirib. 


Professor deyib ki, yaşlı insanların immuniteti zəif olduğu üçün onların koronavirusa və digər xəstəliklərə yoxuxma riskləri böyükdür:


"Dövlət hər bir vətəndaşının, o cümlədən yaşlı insanlarının qayğısına qalır. Bunun üçün də yaşı 65-dən çox olan insanlar yaxşı olar ki, evdən bayıra çıxmasınlar, elan olunmuş təlimatlara əməl etsinlər. Bu ilk növbədə onların öz sağlamlığı üçün hesablanıb".


Ağacan Abıyev bu yaşında hələ də idmanla məşğul olduğunu vurğulayıb:


"Mən hər gün saatlarla idman edirəm, qaçıram, üzgüçülüklə məşğul oluram. İdman edən insan əsla virusa yoluxmaz. Bütün viruslar kimi, koronavirusun da qənimi idman etməkdir. İdmanla məşğul olduğuma görə uzun illərdir ki, xəstələnmirəm, heç bir virusa yoluxmuram. Bütün insanlara da idman etməyi tövsiyə edirəm".  


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top