Bakıda yaşlı sakinlər qadağalara əməl etmirlər — VİDEO

GÜNDƏM 24 mar 2020, 18:49

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bunlardan biri 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qoyulan qadağadır. 


Lakin ilk gündən yaşlı sakinlər küçə və parklara çıxırlar. 


Baku.Tv xəbər verir ki, küçələrdə qaydalara əməl etməyən kifayət qədər yaşlı insana rast gəlmək mümkündür.


Polis əməkdaşlarının müdaxiləsi belə onların küçəyə, parka çıxmalarına mane olmur.


“Niyə evdə qalmırsınız?” sualını isə yaşlı insanlar aqressiya ilə qarşılayırlar.


Bununla bağlı videomaterialı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top