Nazir əmr imzaladı: Bu işçilərin işə çıxması qadağan edilir

GÜNDƏM 24 mar 2020, 18:30

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.


Demokrat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrdə deyilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.


Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir. Həmçinin, nazirliyin qaynar xətlərinin fəaliyyəti fasiləsiz təmin edilməsi əmrdə vurğulanır.


Əmrdə qeyd edilib ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.


Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.


Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Bununla yanaşı, nazirliyin əməkdaşlarının xarici ölkələrə şəxsi səfərləri dayandırılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top