Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü

HADİSƏ 24 mar 2020, 17:13

Ucar rayonunda bədbəxt hadisə baş verib.


Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.


Belə ki, “VAZ-2106” markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top