Avtobuslarda yalnız oturacaq sayı qədər sərnişin olmalıdır — YENİ TƏLƏBLƏR

GÜNDƏM 24 mar 2020, 16:47

Avtobuslarda sərnişinlər ancaq oturacaq sayına görə götürüləcək.


Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı bildirib. Lakin bu gün səhə tezdən sosial şəbəkə istifadəçiləri işə gələrkən avtobuslarda sərnişin sayının çox olduğunu və onların da əsasən yaşlı insanlar təşkil etdiyini qeyd ediblər.


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Bizimyol.info-ya bildirib ki, məhdudlaşdırılma ilə əlaqədar xəttə buraxılmış xüsusi avtobuslar yalnız metro stansiyaları arasında fəaliyyət göstərir, 10 dəqiqəlik intervallarla hərəkət edirlər. Bu avtobusların başqa dayanacaqlarda dayanması qadağandır.


Avtobuslarda gediş haqqı həmişəki kimi 30 qəpikdir və kartla ödəniş edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top