Abşeronda virus əleyhinə profilaktik tədbirlər davam etdirilir — FOTOLAR

GÜNDƏM 24 mar 2020, 14:18

Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib. 


Demokrat.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. 


Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən rayonda prospektlər, küçələr, park və insanların kütləvi toplaşa biləcəyi bütün yerlər mütəmadi olaraq dezinfeksiya olunur. 


Koronavirus pandemiyası ilə əlaqədar əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə bu gün də geniş təbliğat işlərinin aparılması davam etdirilib. 


Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə maarifləndirmə tədbirləri həyata keçirilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb.


Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, evdən çölə çıxmamağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi şəkildə əməl  etməyə çağırırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top