Bakının mərkəzində xüsusi karantin rejimi belə pozuldu — FOTO

HADİSƏ 24 mar 2020, 13:46

Bakının mərkəzində, metronun "Sahil" stansiyasının yaxınlığındakı "Kapital Bank"ın filialının qarşısına 30-a yaxın insan toplaşıb.


Demokrat.az-ın xəbərinə görə, ehtimal edilir ki, onlar valyuta mübadiləsi həyata keçirirlər.


Mahiyyətindən asılı olmayaraq, bu, xüsusi karantin rejim qaydalarının pozulmasıdır.


Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilməsi haqda qərarında qeyd edilir ki, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin, təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə olunsun.
 

Doğrudur, qərarın qüvvəyə minməsinə bir neçə saat qalıb, amma virus təhlükəsi isə var. Ona görə də vətəndaşlar buna hazır olmalıdırlar.
 

Banklar üzərlərinə düşən məsuliyyəti dərk etməli, vətəndaşlar üçün təhlükəsiz şərait yaratmalıdırlar.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top