Milli Məclis onlayn rejimdə işləyəcək

GÜNDƏM 24 mar 2020, 17:00

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb.

 

Demokrat.az-ın xəbərinə görə, məqsəd koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Milli Məclisinin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirməkdir.
 

Milli Məclis sədrinin 18 mart tarixli sərəncamına uyğun olaraq, martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top