Ordumuzdan düşmənə ağır zərbə: Hazırda atışma davam edir — SON DƏQİQƏ!

HADİSƏ 24 mar 2020, 12:22

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.


Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.


Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.


Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top