Niderland çempionatı ilə bağlı inanılmaz QƏRAR

İDMAN 24 mar 2020, 15:43

Niderland Futbol Federasiyası (KNVB) koronavirus pandemiyasına səbəbindən yarımçıq dayandırılan futbol üzrə ölkə çempionatı barədə radikal qərar qəbul edə bilər.


Demokrat.az xəbər verir ki, iyunun 30-na qədər Erediviziya bərpa olunmasa, federasiya mövsümü başa çatmış elan edəcək. 


Bu barədə məlumatı “De Telegraaf” nəşri yayıb.


Bu vəziyyətdə yüksək liqanı heç bir komanda tərk etməyəcək. Əvəzində aşağı diviziondan iki komanda elitaya yüksələcək.


Federasiya rəhbərliyi mövsüm başa çatmadığına görə heç bir komandanı çempion elan etməyəcək. Amma üst pillələrdə qərarlaşan komandaların ölkəni avrokuboklarda təmsil edəcək


Qeyd edək ki, Niderland çempionatında hazırda iki lider var. 25 oyuna 56 xal toplamış “Ayaks” və “AZ Alkmaar” klubları ilk iki pilləni bölüşürlər. “Feyenoord” isə 50 xalla üçüncüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top