İtaliyada “bir nömrəli xəstə” sağaldı

HADİSƏ 24 mar 2020, 12:28

İtaliyada fevralın 20-də xəstəxanaya müraciət edən, aparılan testlər zamanı koronavirus xəstəsi olduğu anlaşılan və “1 nömrəli xəstə” adlandırılan 38 yaşlı Mattia sağalıb və evə buraxılıb.


Demokrat.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.


İtaliyanın Mülki Müdafiə üzrə Baş direktoru Angelo Borrelli ölkədə tam bir ay əvvəl başlayan COVID-19 epidemiyası ilə bağlı Romada təşkil olunan mətbuat konfransında son məlumatları açıqlayıb.


Borrelli ölkədə virusa yoluxanların sayının 50418 olduğunu, bu saya ölən və sağalanların da daxil edildiyi zaman ümumi rəqəmin 63927 nəfər olduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top