Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var

HADİSƏ 24 mar 2020, 09:27

Göygöldə döyülmə faktı qeydə alınıb.


Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.


Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb.


Nəticədə, Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994-cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.


Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Qeyd edək ki, hadisə iki qonşu arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.


Hadisə ilə bağlı polisə məlumat verilib.


Faktla bağlı araşdırma aparılır.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top